Azərbaycanda COVID-19-dan ölən şəxsin dişləri oğurlandı

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

Saglamolun.az-in oxu.az-a istinadən verdiyi məlumata görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az