Azərbaycan Banklar Assosiasiyasının (ABA) adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilməsi faktı aşkarlanıb.
Assosiasiyadan verilən məlumata görə, kart sahibləri belə hallarla qarşılaşdığı təqdirdə kart məlumatlarınızı təqdim etməməli, dərhal bankla əlaqə saxlamalıdırlar.
Qeyd olunur ki, ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir.
Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır.
Bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır./xezerxeber.az
Saglamolun.Az