AzTV-nin rejissoru və əri eyni gündə koronavirusdan öldü

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.

54 yaşlı rejissor AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.

Sözügedən redaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu bildirib.

Saglamolun.Az