İş günlərində dəyişiklik edildi - 4 gün istirahət olacaq

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Milli.Az-ın məlumatına görə, Baş nazir Əli Əsədov "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Beləliklə iyulun 17-də ölkədə iş günü, 18, 19, 20, 21-də isə qeyri-iş günləri olacaq.

Saglamolun.Az