Həkim: Açıq havada sadəcə məsafə gözləmək lazımdır, maskaya ehtiyac yoxdur / VİDEO

"Açıq havada insanların necə maska taxması məlumdur. Maska çənədə olur, burun açıq qalır və polis görən kimi onu qaldırırlar.

Maskadan düzgün istifadə edən tək-tük adam olur. Ona görə buna birdəfəlik son qoymaq lazımdır".

Bu sözləri "ARB Xəbər"ə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, açıq havada sadəcə məsafə gözləmək lazımdır: "Əgər sırada dayanmaq varsa, orada maska taxmaq olar. Amma qalan hallarda hesab edirəm ki, misal üçün gəzintilərdə buna qətiyyən ehtiyac yoxdur. Hələlik epidemioloji vəziyyət buna imkan verir".

Saglamolun.Az