Təcili yardımdan narazı olanların əksəriyyəti yüngül problemlərlə çağırış edən insanlardır.
Sfera.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.
O bildirib ki, bəzən bir nəfər 4-5 dəfə zəng edir və bu da xətlərin yüklənməsinə, nəticədə ağır xəstələrin kənarda qalmasına səbəb olur:
"Əhalidən xahiş edirik ki, yalnız təcili hallar zamanı müraciət edilsin. Öncə təcili çağırışlar icra edilir, ağır xəstələrə yardım edilir, sonra təxirəsalınmaz çağırışları icra edirik.
Məsələn, insanın qızdırması 37 dərəcə olur, deyir ki, gəlib analiz götürülsün. Belə insanları istiqamətləndirəndə aqressiv yanaşırlar. Hətta ağır xəstələrdən müayinə materialı götürəndə, bunun cavabını almaq üçün bizə müraciət edirlər”.
"Təcili yardım ağır xəstələrdən müayinə götürüb müvafiq laboratoriyalara göndərir. Analizin cavabı bizdə olmur”, - deyə o əlavə edib.
Saglamolun.Az