COVID-19-a yoluxan qadının barmaqları qaralıb - SƏBƏB

İtaliyada koronavirusa yoluxan bir qadının barmaqları qaralıb.

Adı bilinməyən 86 yaşlı xəstə virusa yoluxduqdan sonra damarlarında ciddi fəsadlar yaranıb. Qadının barmaqlarını kəsməli olan həkimlər bunun koronovirusun təsirindən olduğunu bildiriblər. Həkimlər qan laxtalanması problemi olan bir çox koronavirus xəstəsində belə halın yaşandığını bildiriblər.

"King's College London"dan olan professor Roopen Arya 2020-ci ilin may ayında koronavirus xəstəxanalarda yatan xəstələrin 30 faizində qan laxtalanmasının olduğunu açıqlayıb. /medicina.az

Saglamolun.Az