Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanalardan birində partlayış baş verib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə koronaviruslu xəstələrin müalicə aldığı reanimasiya şöbəsində baş verib.
Əraziyə təcili yardım maşınları və polis qüvvələri cəlb olunub.
İlkin məlumata görə partlayış nəticəsində 8 xəstə həyatını itirib. 14 xəstə başqa xəstəxanalara köçürülüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Saglamolun.Az