Dedi ki, güllələ məni əsir düşməyim... - Video

"Düşmən Şuşanı geri almaq üçün ikinci dəfə əks-hücuma keçdi. Lakin biz heç vaxt aldığımız torpağı geri qaytarmayacaqdıq. Həmin vaxt yaralandım.

Əsgərlərimiz dedi ki, sən çoxlu qan itirirsən, yaralısan, buradan çıxmalısan".

Bu sözləri "Xəzər xəbərə" müsahibə verən İkinci Qarabağ qazisi Allahverdi Babayev deyib. Füzulidən Şuşaya qədər uzun döyüş yolu keçən 25 yaşlı qəhrəmanımız özü yaralı olduğu halda zədə alan hərbçi yoldaşını da xilas edib:

"Döyüş yoldaşım da çənəsindən və qarın nahiyəsindən yaralanmışdı. Ona dedim ki, səni buradan mütləq çıxaracam. O məndən onu güllələməyimi istədi. Çünki əsir düşmək istəmirdi. Dedim, səni güllələməyəcəm, evdə valideynlərin gözləyir. Özüm də yaralı idim. Buna görə də əvvəl inanana bilmədim ki, ikimiz də sağ qayıda bilərik".

Saglamolun.Az