Rusiya xəstəxanasında çəkilən kadrlar şok yaratdı: Uşağın saçından tutub, çarpayıya atdı – VİDEO

Azyaşlının saçından tutaraq çarpayının üstünə tulladı.

“Life Shot” “Telegram” kanalının təqdim etdiyi kadrlar Rusiyanın Novosibirsk şəhərində Vərəm Dispanserindəndir.

Hazırda uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı istintaq başlayıb. Polis həmin tibb işçisini sorğuya çəkir.

Rusiya Səhiyyə Nazirliyi artıq tibb bacısını işdən uzaqlaşdırıb. Onun qovulması barədə əmr hazırlanır.

Bölgədəki uşaq hüquqları ombudsmanı Nadejda Boltenkonun sözlərinə görə, uşaq dəcəllik etdiyi üçün xəstəxana işçisi ona qarşı zorakılıq tətbiq edib.

Saglamolun.Az