Getdim ki, uşaq yoxdur... - Bərdə terrorunun qurbanı olan Aysunun atası + Video

"Vallah, bilmirəm nə deyəm. İşdə idim. Traktor sürürdüm, səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Haber Global"a ermənilərin Bərdənin Qarayusifli kəndinə raket atması nəticəsində həlak olan 8 yaşlı Aysu İsgəndərovanın atası Rövşən İsgəndərov deyib.

"İkinci sinifə gedirdi. Getdim ki, uşağın bağırsaqları çölə dağılıb. Əlimlə yığıb apardım", - deyən ata göz yaşlarına hakim ola bilməyib.

Saglamolun.Az