Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin bu gün səhər saatlarından Tərtər şəhərini atəşə tutmasına münasibət bildirib.
H.Hacıyev bu barədə özünün rəsmi "twitter" hesabında bildirib ki, Ermənistanın humanitar barışığa "bağlılığı" tamamilə ikiüzlülükdür:
"Səhərdən etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalıb. Şəhər və kəndlərə 100-dən çox top mərmisi düşüb. Nəticədə bir nəfər həlak olub, 6 mülki şəxs yaralanıb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradıdır".
Saglamolun.Az