Qaraciyər və öd daşı xəstələrinin PƏHRİZİ

Qaraciyər və öd daşı xəstələrinin pəhriz stoluna aşağıdakı xəstəlikləri olanlar əməl etməlidirlər:

- xroniki hepatit

- kəskin hepatit

- xolisistit

- qaraciyərin sirrozu

- öd daşı xəstəliyi

Bu pəhriz stolunun məqsədi qaraciyər və öd kisəsinin fəaliyyətini bərpa eləmək, öd yollarının fəaliyyətini yaxşılaşdırmaq və öd axınını normallaşdırmaqdan ibarətdir.

Qaraciyər və öd kisəsində problemləri olan xəstələrin öz qida rasionları olmalıdır. Onların qidalarında karbohidratlar, zülüllar və təbii yağlar normadan artıq olmalı deyil. Qaraciyər və öd kisəsində xəstəliyi olanlara

- həddindən artıq yağlı,

- qızardılmış,

- fast-fud, yarımfabrikat, konserv,

- turşuya qoyulmuş,

- hisə verilmiş qidalar yemək olmaz.

Onları qidasını

- meyvə və tərəvəzlər

- yağsız ət

- balıq məhsulları

- yağsız kəsmik

- toyuq və bu kimi qidalar təşkil etməlidir.

Ət məhsullarını yağsız və suda bişmiş halda hazırlamalı, soyuq yemək, soyuq içki, təzə bişirilmiş çörək, yağlı qoyun əti, sintetik yağlarda bişirilən qidalar, ətli suplar, yağlı süd, yağlı pendir, qayğanaq, soyutma yumurta, şokolad, dondurma, hazır kremlər, kakao, tünd çay, soyuq içkilərdəm imtina etməlidir. (milli.az)

Saglamolun.Az