90-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixində təkcə işğalçıya qarşı ümummilli dirəniş kimi deyil, həm də qəhrəmanlıq və fədakarlıq salnaməsi kimi qaldı.
Həyat yoldaşı İlhamın namərd gülləsindən həlak olmasına dözməyən Fərizə intihar etdi və bu iki gəncin sevgi dastanı dillərə dastan oldu.
Aradan tam 30 il keçdikdən sonra buna bənzər ikinci bir olay bu gün Tərtərdə yaşanıb.
Bu gün Tərtər rayonunun Sarıcalı kəndində insanı sarsıdan faciə baş verib.
Kult.az xəbər verir ki, Vətən uğrunda gedən savaşda şəhid olan Tərtər rayon sakini Mehdi Elçin oğlu Məmmədovun nişanlısı və yaxın qohumu Mələk Vaqif qızı Sultanova intihar edib.
Faktı Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov saytımıza təsdiqləyib. O bildirib ki, bu gün şəhidin dəfn mərasimindən qayıdan zaman Mələk Sultanovanın intihar etdiyi məlum olub.
Qeyd edək ki, Mələk Sultanova 11-ci sinifdə təhsil alırdı.
Saglamolun.Az