Diyetoloq və endokrinoloq Albina Komissarova arıqlamaq haqqında daha bir mifi təkzib edib.
BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsində yerləşdirdiyi videoda Komissarova bildirib ki, arıqlamaq istəyənlərə kartof, makaron, kərə yağı və ağ düyü yemək qadağan deyil.
"Bəzi qidaların kökəltdiyi doğrudur, lakin insan həddən artıq çox yedikdə kökəlir. Məsələ miqdardadır!"- deyə endokrinoloq açıqlayıb.
Diyetoloq hansı məhsulların səhvən zərərli hesab olunduğunu izah edərkən ilk öncə kartofdan danışıb və bildirib ki, 100 qram kartofda cəmi 80 kalori var. Bundan başqa, kartof kalium və C vitamini ilə zəngindir.
Makaronların "tərəfini saxlayarkən" isə Komissarova bir nəfərə cəmi 50 qram bişirməyi və yağsız qarnir, yaxud tərəvəzlə yeməyi məsləhət görüb.
Kərə yağı barədə isə mütəxəssis qeyd edib ki, gündəlik norma olan 10 qram kərə yağında cəmi 75 kalori var və bu miqdarla bədən quruluşu korlanmaz.
O, həmçinin ağ düyüdən də imtina etməməyi məsləhət görüb. çünki bişmiş 100 qram düyüdə cəmi 130 kalori var.
İzləyicilər diyetoloqun tövsiyələrindən məmnun olublar və təşəkkürünü bildiriblər.
Saglamolun.Az