Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan bu gün ölüm halı olmayıb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6174 test aparılıb.

Aktiv xəstə sayı isə 1738 nəfərdir.

Saglamolun.Az