Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirmişdi.
Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi faktı təsdiqləyib:
"Qazax RMX-nın məlumatına əsasən, Sevda Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum video səbəbindən yanlış məlumatlar yayaraq, əhali arasında çaşqınlıq yaratmaq və görülən işlərə kölgə saldığına görə 30 iyul tarixində şiddətli töhmət alıb”, - deyə o bildirib.
Qeyd edək ki, S.Nəsibova mərhum sənətkar aşıq Ədalətin gəlinidir.
Saglamolun.Az