Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub.

Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilib ki, o, yoluxmuş xəstələrlə ünsiyyət zamanı amansız virusa tutulub.

Saglamolun.Az