Bəhram artıq gözlərini açıb, huşu da tam yerindədir...

Əməkdar artist Bəhram Bağırzadənin səhhətində irəliləyişlər var. Moderator.az-a açıqlamasında Əməkdar artist Tahir İmanov Bəhramın vəziyyətinin artıq stabil olduğunu bildirib:

“Bəhram haqqında necə xoş xəbərlər eşitmisinizsə, doğrudur. Mən də o xəbərləri almışam. Bəhramın vəziyyəti yaxşıdır və həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər. Bəhram artıq gözlərini açıb, huşu da tam  yerindədir. Mən bizə dəstək olan hər kəsə, həmçinin sizə təşəkkürümü bildirərəm”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin 90 faizdən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşmuşdular.

Saglamolun.Az