“Toppuş bacı”: İkinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qaldım... - FOTO

Uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tunzalə Əliyevanın yenidən vəziyyəti pisləşib. O yenidən kimya terapiyalara başlayıb və  saçlarını kəsdirməli olub.

"Sherg.az" xəbər  verir ki, bu barədə əməkdar artistin özü rəsmi instaqram səhifəsində yoldaşı ilə şəklini paylaşaraq yazıb:

"Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qaldım. İnşallah üçüncü səfər olmayacaq, həkimlərimin sayəsində sağalacam. Dualarınızı əskik etməyin, Allah hər birimizə kömək olsun, Amin!"



 

Saglamolun.Az