Professor Adil Qeybulla Sputnik.az-a bildirib ki, koronavirusa yoluxmuş, yüngül simptomlu və simtomsuz xəstələrin evdə özbaşına müalicəsi düzgün deyil.
Professor bildirir ki, belə xəstələr evdə müalicə alsalar da, mütləq həkim nəzarətində olmalı, həkimin resepti əsasında dərman almalıdırlar: "Hər xəstəyə indivudal yanaşılmalıdır.
"Bir koronavirus xəstəsi bu dərmanı qəbul edirsə, mən də həmin dərmandan alıb qəbul edim" yanaşması əks təsir göstərə bilər.
Mütləq belə xəstələrin müalicəsi həkim tərəfindən aparılmalıdır. Dərman qəbulunda doza həddi var. Hərarət üçün istifadə edilən dərmanları da dozadan artıq qəbul etmək olmaz! Ona görə də, mən bir həkim kimi koronavirus xəstələrinin evdə nəzarətsiz müalicəsini düzgün hesab etmirəm".
Saglamolun.Az