Rusiyalı virusoloq, akademik Feliks Yerşov koronavirus pandemiyasından qurtulmağın şərtlərini açıqlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə "Moskovskiy komsomolets"qəzeti məlumat yayıb. Akademikin sözlərinə görə, əhalinin 70-80 faizi bu virusa yoluxduqdan sonra pandemiyanın səviyyəsi aşağı düşəcək:
"Bu virusun simptomsuz daşıyıcıları hazırkı durumda sanki təbii vaksin funksiyası yerinə yetirirlər. Onlar kollektiv immunitet yaradırlar. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən isə əksinə, çox təhlükəlidir. Bu virusun daşıyıcıları qocaları və xroniki xəstələri də yoluxdururlar ki, onların sağalması mümkün olmur”.
Ekspert bildirib ki, əgər əhalinin əksər hissəsi bu virusa yoluxmazsa, xoşagəlməz ssenari ilə epidemiyanın ikinci dalğası başlaya bilər.
Saglamolun.Az