Koronavirusa qarşı 2-ci peyvənd klinik sınaqlardan keçəcək

ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verib.

Trend.az bildirir ki, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndin klinik sınaqlarına icazə verib".

Bununla birlikdə, D.Tramp xatırladıb ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı.

Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 "müalicəvi vasitə"sinin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd edib.

Saglamolun.Az