Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO

Bir qadının məhsulların üzərinə öskürməsi səbəbindən market sahibi koronavirus ehtimalı ilə əlaqədar 35 min dollar (59500 AZN) dəyərində olan ərzaqları zibilə atıb.

“HaberGlobal”ın məlumatına görə, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.

İşçilərin mağazadan çıxardıqları qadının daha sonra polislər tərəfindən həbs olunduğu bildirilir.

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi koronavirusu qəsdən yayan insanların terrorçuluqda ittiham oluna biləcəyini təsdiqləyib.

Saglamolun.Az