Koronavirusla bağlı vəziyyət dəyişib - Çindən son dəqiqə açıqlaması

Çində yaranan və dünyaya yayılan koronavirus (Covid-19) səbəbilə ölənlərin sayı 4 mini keçib.

MediaPost xəbər verir ki, virusa yoluxanların sayı isə 113 min 603-ə çaıtıb.

Çin Milli Səhiyyə Komissiyasının verdiyi məlumata görə, ölkədə son 24 saat ərzində 17 nəfər virusdan dünyasını dəyişib. Ümumilikdə, ölənlərin sayı 3 min 139-a yüksəlsə də, yoluxma sayı 80 min 754-ə çatıb, onlardan 4 min 794-nün vəziyyəti ağırdır.

Komissiyanın verdiyi məlumatda o da qeyd olunub ki, virus Çində ilk dəfə ortaya çıxanda gündə orta hesabla 100 nəfər həyatını itirirdi. Ancaq son vaxtlar ölkədə ölənlərin sayı getdikcə azalmağa başlayıb. Lakin dünyada, xüsusən də Avropadakı vəziyyət əksinədir. İtaliya və İranda virusa yoluxanların və epidemiya qurbanlarının sayı günü-gündən artır. Təkcə İtaliyada epidemiya səbəbilə son 24 saatda 97 nəfər həyatını itirib.

Saglamolun.Az