Lotos Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib.

Verilən məlumata görə, hadisə Nizami rayonunda, "Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə şahidlər yanğının görüntülərini BAKU.WS-in "qaynar xətt"inə göndəriblər. Həmin görüntüləri təqdim edirik.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...