Yeniyetmə qızın telefonunu əlindən aldılar, özünü pəncərədən atdı - FOTO

Türkiyənin Antalya şəhərində məktəbdə pəncərədən özünü atan şagird ölüb.

DHA-nın xəbərinə görə, 13 yaşlı Ayşəgül Çelik Manavqat rayonunda oxuduğu məktəbin üçüncü mərtəbəsindən özünü atıb.

Dərhal xəstəxanaya çatdırılan məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Onun internet vasitəsi ilə Dənizlidə yaşayan bir oğlanla tanış olduğunu öyrənən ailəsinin mobil telefonunu əlindən aldığı və oğlanla əlaqəsinin kəsildiyi iddia edilib.

Bundan başqa, onun oğlan dostu ilə İzmirdə görüşmək üçün aldığı bileti anası ləğv etdirib.

Hadisənin onun psixologiyasına təsir etdiyi və bu səbəbdən məktəb rəhbərliyinin vəziyyəti ailəsinə bildirdikləri məlum olub.

Hadisə ilə bağlı araşdırma başlayıb.


Saglamolun.Az




loading...