Xərçəng əziyyət çəkən Toppuş bacı: Mən utanmıram, nə edim?

"Ən ağır anlarımda belə üzülmədim, etməyəcəm də. Hər şey Əladır".

Bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Zaurla Günaydın" proqramında deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa vəziyyətindən söz açıb:

"Hər şey yaxşı olacaq. Xəstə insanlar çoxdur. Onkologiyaya girəndə yaylığımı çıxarıram. Orada insanlar var ki, parik qoyurlar. Deyirlər, biz utanırıq, siz necə belə gəzirsiz? Mən utanmıram, nə edim?"

Saglamolun.Az