2 yaşlı uşaq ACE-dən zəhərlənib

Gəncədə iki yaşlı uşaq yuyucu maddədən zəhərlənib.

Baku.ws-in verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Verdiyev Yusif valideynlərinin nəzarətindən yayınaraq maye halında olan "ACE" markalı yuyucu maddə içərək zəhərlənib.

Uşaq 2 saylı Xəstəxanasına  yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra uşağın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Saglamolun.Az