Загрузка...

Sağlamlıq iksiri - SARIMSAQ YAĞI. Evdə özünüz hazırlayın!

Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.

Saglamolun.az xəbər verir ki, bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qripp xəstəliklərinin güclü profilaktik vasitəsidir.

Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.

Sarımsaq yağı damarlar üçün çox faydalıdır - onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.

Sarımsaq yağı qurd əleyhinə vasitə kimi də istifadə olunur.

Sarımsaq yağı güclü ümumi möhkəmləndirici vasitədir - xəstəlik və ya əməliyyat keçirmiş insanlar bərpa dövründə bu yağdan istifadə edə bilərlər.

Sarımsaq yağı immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır, mübadilə proseslərini sürətləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Sarımsaq yağı cinsiyyət sisteminə çox müsbət təsir edir, kişilərdə potensiyanı və spermanın keyfiyyətini yaxşılaşdırır.

Sarımsaq yağı həmçinin kosmetologiyada da müxtəlif saç maskalarının tərkibində geniş istifadə olunur - saçları gözəl və sağlam edir, kəpəklə mübarizə edir.

Sarımsaq yağını ev şəraitində hazırlamaq çox asandır. Bunun üçün 2 iri baş sarımsağı təmizləyin, sarımsağəzənlə əzin, bir qaba tökün, üzərinə 1 stəkan iysiz bitki yağı (ən yaxşı variant - zeytun yağı) tökün, yaxşı qarışdırın, 1 həftə sərin qaranlıq yerdə saxlayın, vaxtaşırı qarışdırın. 2 həftədən sonra yağı yaxşı süzün və gündə 1 dəfə 1 ç.q. olmaqla qəbul edin. Həmçinin bu yağı salatlara da əlavə etmək olar.    


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /219

Яндекс.Метрика