Azərbaycanda xəstə uşaq üçün yığılan pullar oğurlandı - FOTO

Azərbaycanda ağır xəstəlikdən əziyyət çəkən bir uşağın adına açılmış hesab kartındakı pullar oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Cəlalə Nəzəroğlu "Facebook" səhifəsində yazıb.
O bildirib ki, oğurluğu edən şəxs uşağın anasını aldadıb:

"Adam Filippindən yazdığını, köçürmə etmək istədiyini deyib. Kartın hər iki tərəfinin şəklini istəyib. Ana da çəkib, göndərib. Adam bütün pulu tamamilə başqa hesaba yönəldib”.

C.Nəzəroğlu bir müddət əvvəl oxşar hadisənin başqa ananın başına gəldiyini bildirib və kartın arxasındakı CVC kodunun heç kəsə verilməməsi barədə xəbərdarlıq edib:

"Ortalıqda qoyub getməyin. Kartınızın şəkli kifayətdir ki, onlayn qaydada istənilən ödəməni etsinlər”.

Teleaparıcı xəstə uşaq üçün açılmış yeni hesab kodunu paylaşıb və yardım istəyib:


 

Saglamolun.Az