İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... - VİDEO

Çexiyada tibb tarixinin ən qəribə hadisələrindən biri baş verib.

Publika.az xəbər verir ki, 16 həftəlik hamilə olan 27 yaşlı Mrtva Eva aprelin 21-də iflic olub.

O, xəstəxanaya yerləşdirilsə də, bütün müdaxilələrə rəğmən xilas ola bilməyib və beyin ölümü gerçəkləşib. Brno Universiteti Xəstəxanasının həkimləri bətnindəki körpənin inkişafını tamamlamaq üçün Evanı 3,5 ay aparatlara bağlı şəkildə saxlayıb. Avqust ayında körpə süni doğuşla dünyaya gəlib və ailəsinin icazəsi ilə Eva aparatlardan ayrılıb.

2130 qr çəki ilə doğulan körpəyə Eliska adı verilib. Körpə ölmüş anasının bətnində ikən ailəsi və xəstəxana işçiləri onunla söhbət edib, onu sığallayıb, çex mahnıları oxuyub, şeirlər deyiblər. Bu müddət ərzində Evanın qarnını masaj ediblər.

Ginekologiya mütəxəssisi Pavel Ventruba dünya tarixində bu tip sadəcə 20 hadisənin olduğunu bildirib.

 

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...

 


Яндекс.Метрика