Загрузка...

Bunlar hamiləlik zamanı QADAĞANDIR

Hamiləlik xəstəlik deyil, təbii fizioloji prosedir.

Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara özünü həqqindən artıq qorumağı, bütün gün ərzində uzanmağı, pəhriz saxlamağı və s. tövsiyə etmirlər. Əksinə sağlam hamilə qadın aktiv olmalı, havada gəzməli, yüngül fiziki hərəkətlər etməlidir və s. Yəni adi həyat sürməlidir.

Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Sağlamolun.az sizə bu qadağalarla tanış edir:

1. Sriprtli içkilər və siqaret qəti şəkildə qadağandır!

Bunlar hamiləliyin erkən pozulmasına, uşaqda qüsurların əmələ gəlməsinə, ciftin qopmasına, hamiləliyin donmasına və s. kimi ağır pozulmalara səbəb ola bilər.

2. Qəhvə içmək olmaz!

Qəhvə ürək-damar sistemini yükləyir ki, bu da hamiləlik zamanı təhlükəlidir.

3. Həkimin təyini olmadan hər hansı dərman içmək qadağandır!

Bir çox dərmanlar hamiləlik zamanı qadağandır. Bu səbəbdən istənilən dərmanı qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

4. Müalicəvi bitkilərdən istifadə etməyin!

Bəzi müalicəvi bitkilərin (məs., adaçayı, kəklikotu, kalendula, jenşen və s. ) qəbulu hamiləlik zaman dölsalmaya səbəb ola bilər. Hətta cəfəri kimi tez-tez istifadə etdiyimiz göyərtinin çoxlu miqdarda istehlakı hamiləlik zamanı ziyanlıdır ki, cəfəri uşaqlığın tonusunu artırır.

5. Ağır şeylər qaldırmaq və daşımaq qadağandır!

Hamiləlik zamanı 2 kq artıq çəki qaldırmaq olmaz. Ağır əşyaların qaldırılması dölsalmaya səbəb ola bilər və həmçinin gələcək ananın onurğa sütunu üçün çox ziyanlıdır.

6. Rentgen müayinəsindən keçmək olmaz!

Hamiləlik zamanı rentgen müayinəsi keçirilmir ki, bu müayinə uşaqda sinir sisteminin zədələnməsinə gətirib çıxarda bilər.

7. Ağır və ya xroniki stresslərə məruz qalmayın!

Stress həyatımızın ayrılmaz hissəsidir. Qısamüddətli, ağır olmayan streslər hamilə qadına ziyan vurmaz. Lakin ağır və ya xroniki streslər hamiləlik zamanı yolverilməzdir. Məsələn, araşdırmalar göstərib ki, hamiləlik zamanı streslərə məruz qalan qadınların uşaqlarında hiperaktivlik sindromuna daha tez-tez təsadüf edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика