Suraxanı rayonunda azyaşlı binadan yıxılıb.
Oxu.Az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
2015-ci il təvəllüdlü Muradxani Püstəxanım Pərviz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Saglamolun.Az