Yuxuda gəzən şəxs 4-cü mərtəbədən yıxıldı, maşına çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

 

İstanbulda qeyri-adi hadisə yaşanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, lunatik olduğu bilinən 16 yaşlı gənc yuxuda gəzərkən 4-cü mərtəbədən yıxılıb.

O, park halında olan avtomobilə çırpılıb. Daha sonra qaçaraq qonşu mənzilə pəncərədən girən gənc orada oyanıb.

Xəstəxanaya aparılan yaralının xoşbəxtlikdən həyati təhlükəsi olmayıb. Həmin hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb:

Saglamolun.Az