Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.

Bütün bunları nəzərə alaraq kifayət qədər maye qəbul etmək orqanizm üçün həyati vacibdir. Maye dedikdə əsasən adi təmiz su nəzərdə tutulur. Məhz bu maye orqanizm üçün ən uyğun və ən faydalıdır.

Mütəxəssislər gün ərzində 1 l su içməyi tövsiyə edirlər. Səhər acqarına içilən 1-2 stəkan su orqanizmdə əsl möcüzələr yaradır.  

Saglamolun.az xarici KİV-lərə istinadən bildirir ki, acqarına su içməyin sağlamlıq üçün bu kimi faydaları var:

  • Üz dərisinin vəziyyətini və rəngini yaxşılaşdırır, dərini cavan saxlayır.
  • Saçların vəziyyətini yaxşılaşdırır.
  • Böyrək və sidik kisəsi xəstəlikləri və iltihablarının riskini azaldır.
  • Orqanizmi ziyanlı maddələrdən təmizləyir.
  • Yeni qan hüceyrələrinin əmələ gəlməsi prosesini stimullaşdırır.
  • Maddələr mübadiləsini yaxşılaşdırır.
  • Arıqlamağa kömək edir.
  • Bağırsaqların fəzliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.
  • İmmun sistemini möhkəmləndirir.
  • İnsanı daha gümrah edir.

Mütəxəssislər qaynanmış deyil təmizlənmiş su içməyi tövsiyə edirlər. Su bir qədər ilıq olmalıdır.

Saglamolun.Az



loading...