Bakının Nəsimi rayonunda azyaşlı binadan yıxılaraq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Hənifə Ələsgərov 11 ünvanında baş verib.
2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu yaşadığı binadan yıxılaraq yaralanıb.
Bədbəxt hadisə zamanı xəsarət alan H.Məhərrəmov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Saglamolun.Az