Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata əsasən, hadisə nəticəsində 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Taksikologiyaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Saglamolun.Az