Ölkəmizdə uşaq pulunun veriləcəyi barədə söz-söhbətlər bitmir. Bəzi mənbələrin verdiyi məlumata görə, rəsmi qurumlarda uşaqların siyahısının yenilənməsinə başlanılıb.
Artıq “JEK”lərdən evlərə zəng vurularaq dəqiqləşdirmələr aparılır.
Xatırladaq ki, bir müddət öncə millət vəkili, Əmək və Sosial siyasət komitəsinin üzvü Araz Əlizadə “Sherg.az” açıqlamasında uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələrin aparıldığını qeyd edib:
“Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.
Uşaq pulunun verilməsi ilə bağlı dövlət büdcəsinin əlverişli olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az” bildirib ki, 2019-cu ildə büdcənin 32-33 faizi məhz sosial xərclər idi:
“Normalda bir ölkənin dövlət büdcəsi təxminən 60-70, bəzən isə 80 faizə qədər yüksəlir ki, bunlar sosial təyinatlı xərclər olur. Ölkəmizdə isə sosial xərclər bir neçə fərman və sərəncamlar çərçivəsində real olaraq artacaq.
2019-cu ildə büdcənin təxminən 40 faizinin sosial təyinatlı xərclər olması proqnozlaşdırılır. Təqaüdlər, müavinətlər və.s xərclər 40 faiz olsa belə, yenə də dövlət büdcəsinin imkanları şərait yaradır ki, uşaq pulu verilsin.
Saglamolun.Az