Oynaqları ağrıdan birdəfəlik XİLAS EDƏN TƏBİİ VASİTƏ - İnanılmaz NƏTİCƏ

Səbəblərindən asılı olmayaraq, oynaqları ağrıyan əksər insan ağrını yüngülləşdirmək üçün dərhal dərmanlara əl atır.

Bu həblər kömək etsə də, orqanizmə əhəmiyyətli dərəcədə təsir göstərir.

Publika.az xəbər verir ki, sarıkök oynaqlarda ağrını azaldan effektli vasitədir.

İnqrediyentlər:

- 2 xörək qaşığı sarıkök

- 1 xörək qaşığı hindqozu yağı

- 1 çay qaşığı bal

- 5 xörək qaşığı qaynamış su

Hazırlanması:

Bütün inqrediyentləri bir qaba töküb həmcins konsistensiya halını alana qədər qarışdırın.

Tətbiqi:

Qarışığı zədələnmiş hissəyə birbaşa çəkin və diarəvi hərəkətlərlə nəvazişlə masaj edin. 10 dəqiqədən sonra isti su ilə yuyun.

Hələ qədim zamanlardan sarıkökdən xüsusilə də Asiya ölkələrində iltihab və oynaq ağrılarını yüngülləşdirmək üçün istifadə ediblər.

Müxtəlif tədqiqatlar sübut edib ki, bu ədviyyatda olan maddələr iltihab və oynaq ağrılarına qarşı çox təsirlidir.

Sarıkök immuniteti qaldıran antioksidant xüsusiyyətlərə malikdir və orqanizmə ciddi ziyan vura biləcək zərərli elementlər çıxarmağa kömək edir.

Nəzərə almalısınız ki, bu vəsaitin tətbiqindən başqa, qidalanmaya nəzarət və fiziki hərəkətlər etmək, həmçinin, çoxlu su içmək zəruridir.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar