340 kq-dan 70 kq qədər arıqladı - FOTO

ABŞ-ın Tenessi ştatında yaşayan Milla Klark uşaqlıqdan artıq çəkidən əziyyət çəkirdi. Ərə gedəndə qadının çəkisi artıq 180 kq idi.

Daha sonra hamiləlik zamanı Milla yenə kökəlib və 220 kq olub.

Ayağında əmələ gələn limfedema vəziyyəti daha da ağırlaşdırıb. Limfedema nəticəsində qadının ayağında 20 kq-lıq ödem yaranıb. Artıq qadın yeriməkdə də əziyyət çəkirdi və demək olar bütün gün ərzində uzanaq vəziyyətdə qalırdı, yeyirdi və yatırdı. Bu 2 il davam edib ki, nəticədə Millanın çəkisi 340 kq çatıb.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, 3 il bundan əvvəl Yunan Novzaradan adlı bariartrik cərrah Millaya kömək etməyə razılıq verib. Həkimi tələbi ilə Milla 45 kq arıqlayıb və bundan sonra bir neçə əməliyyat olunub. 3 il ərzində Milla limfedema ilə bağlı əməliyyat, mədəkiçiltmə əməliyyatı keçirib. Daha sonra arıqlama nəticəsində əmələ gələn artıq dəri xaric olunub.

Beləliklə 3 ildən sonra Milla tamam deyişilib, onun çəkisi 340 kq-dan 70 kq düşüb.

Saglamolun.Az