Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə - martın 26-da “Diqlas” ticarət mərkəzi, iyunun 23-də isə “X-Lady” mağazasında güclü yanğın olub.
Saglamolun.Az