Tailandda turist qorxu filminə baxarkən öldü - FOTO

Tailandın Pattaya şəhərində britaniyalı turist qorxu filminə baxarkən dünyasını dəyişib.

“Daily Mail” xəbər verir ki, 77 yaşlı Bernard Çenninq yeni “Lənətlənmiş Annabel 3” filmini izləyirmiş.

Filmin nümayişi başa çatdıqda kinoteatrın zalının işığı yandırılıb. Bu zaman məlum olub ki, britaniyalı turist ölüb.

Kinoteatrın işçiləri təcili tibbi yardım çağırıblar. Kinoteatra gələn həkimlər turistin ölümünü təsdiqləyib.

Şahidlərin sözlərinə görə, kinozaldakılar bu hadisədən şoka düşüblər.

Filmin seyrçilərinin çoxu uzun müddət meyitlə bir yerdə əyləşmələrindən qorxublar.

Polis hələlik Bernardın ölümünün səbəbini açıqlamayıb. Hadisənin əsl səbəbi araşdırmadan sonra məlum olacaq.



Saglamolun.Az




loading...

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...

 


Яндекс.Метрика