Bakıda məşhur mağazada baş verən YANĞIN söndürüldü - YENİLƏNİB - VİDEO

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

AZƏRTAC bildirir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

--------

10:29

Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşə "X-Lady" ticarət obyektində güclü yanğın baş verib.

AZƏRTAC bildirir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi işləri davam etdirilir.

Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.

Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Əlavə məlumat veriləcək.

Saglamolun.Az