Azərbaycanda on gündə 3 azyaşlıya qaraciyər köçürülüb

Azərbaycanda daha bir uşaq üzərində qaraciyər transplantasiyası əməliyyatı aparılıb.

Anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkən 9 yaşlı Həcər Məmmədovaya Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah transplantoloq Mircəlal Kazıminın komandası tərəfindən qaraciyər köçürülüb.

E-tibb.az bildirir ki, M. Kazıminin dediyinə görə, azyaşlı uzun zaman müxtəlif xəstəxanalarda müalicə olunsa da, effekti olmayıb. Getdikcə onun qarnında maye toplanıb, sarılığı artıb: "Bizə gətiriləndə ağır qaraciyər komasında idi. Tükənmiş vəziyyətdə olan uşaq bir aya yaxın xəstəxanada müalicə olundu. Ümumi vəziyyət stabilləşdi, sonra əməliyyata hazırlandı".

Azyaşlıya atasından qaraciyər köçürülüb. Hazırda uşağın vəziyyətində müsbət dinamika müşahidə olunur.

Onun sözlərinə görə, bu, son on gündə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində uşaqlar üzərində aparılan 3-cü qaraciyər transplantasiyası əməliyyatıdır.

Qaraciyər köçürülən uşaqlardan birinin 11, digərinin 13 yaşı var. Onlardan birinə atasından, o birinə isə anasından qaraciyər köçürülüb. Hər iki uşaq artıq xəstəxanadan evə yazılıb.

M. Kazımi deyib ki, Azərbaycanda qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən uşaqların  sayı az deyil. Həkim qeyd edib ki, bu xəstəliklərin müalicəsində yeganə yol transplantasiya əməliyyatıdır, çünki yalnız bununla xəstələr normal həyata qayıdır.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

Usaqlıq boynu eroziyası və xərçəngi

 


Яндекс.Метрика