Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA (VİDEO)

Son günlər ölkə ərazisində seysmoloji aktivlik müşahidə olunur.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Xezerxeber.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan təkanların çoxu hiss olunmayan, zəif təkanlardır. Xəzər dənizində qeydə alınan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir. Odur ki, qorxulu bir şey yoxdur.

Qurban Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var və onların nəticəsində zəif təkanlar olur. Hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil.

Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Saglamolun.Az




 


Яндекс.Метрика