Əməkdar artist Nahidə Orucova yıxılaraq qolunu sındırıb.
Ölkə.az bildirir ki, bu barədə müğənni Cəmilə məlumat verib. O bildirib ki, aktrisa çəkiliş vaxtı yıxılaraq qolunu sındırıb.
Naidə Orucova isə özü bu barədə geniş məlumat verib:
"Çəkilişdə yıxıldım, qolum sındı. Düz yerdə ayağım sürüşdü, guya ayağımı qoruyurdum, qolumu sındırdım. Sosial şəbəkələrdə yazırlar ki, guya qəzaya düşmüşəm. Bu, belə deyil, sadəcə yıxılmışam. Qolum gipsdədir və iki həftəyə gips açılacaq. Gips açılandan sonra əzələlərim müalicə olunacaq".
Saglamolun.Az