Malayziyalı 16 yaşlı gənc qız öz "Instagram” hesabında keçirdiyi "ölüm”, yoxsa "həyat ?” sualı ilə sorğu keçirib və bu sorğudan sonra o, intihar edib.
Sherg.az nouvelobs.com-a istinadən xəbər verir ki, həmin gəncin dostluğunda olan və sorğuda itirak edənlərin 69 faizi "ölüm”, 31 faizi isə "həyat”a səs verib.
Bu barədə Malayziya polisi məlumat verib. Bildirib ki, gənc xanım bu sorğunun nəticələrini gördükdən sonra özünə qəsd edərək həyatına son qoyub.
Malayziyanın Kuçinq şəhərində yaşayan qızın sorğusunu olduğu kimi təqdim edirik:
"Sorğuda iştirakınız çox önəmlidir, mənə kömək edin. Ölüm və həyat arasında qalmışam. Hansını seçim ?"
Qeyd edək ki, bu məsələ artıq Malayziyada milli problem hesab olunduğundan aidiyyəti qurumlar işə başlayıblar . Malayziya parlamentinin üzvü, vəkil Ramkarpoal Sinq bu məsələ ilə bağalı polis araşdırmaları tələb edib:
"Bu hadisədən sonra digər sosial media hesablarına nəzarət edilməlidir. Bu sayaq sorğular keçirən və çağırışlar edənlərlə bağlı iş aparılmalıdır. Əks halda gənclərimizi qoruya bilməyəcəyik. Bir sözlə, sosial media gənclərimizi "yeməyə” başlayıb. Ciddi nəzarət olunmalıdır və gəncləri ölümün pəncəsindən almalıyıq”.
Saglamolun.Az