Damarlarda trombların qarşısını alan ən yaxşı 7 MƏHSUL

Müxtəlif patoloji proseslər nəticəsində damarlarda tromblar əmələ gələ bilər.

Getdikcə tromblar böyüyür və damarın mənfəzini tam bağlaya bilər. Bu hal çox təhlükəlidir və infarkt, insult, böyrək problemlərinə, ətraflarda qanqrenaya səbəb ola bilər.

Digər tərəfdən tromb damarın divarından qopub qan axını ilə daha nazik damara düşə və onu bağlaya bilər ki, bu da yuxarıda sadaladığımız fəsadlara yol açır.

Qidalanma mütəxəssisləri damarlarda trombların əmələ gəlməsinin qarşısını alan məhsulları araşdırıb.   

Bu məhsullar arasında:

1. Zeytun

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, zeytun trombların əmələ gəlməsinin qarşısını alan ən yaxşı məhsullardan biri sayılır. Zeytunun tərkibində olan fenol birləşmələri qanda trombların əmələ gəlməsinə səbəb olan maddələrin miqdarını azaldır.

2. Nar

Antioksidant və polifenol maddələri ilə zəngin olan nar təzyiqi tənzimləməyə yardım edir. Yüksək təzyiq damarlarda trombların əmələ gəlməsinin ilk səbəblərindən biridir.

3. Kivi

Oslo Universiteti mütəxəssisləri araşdırma zamanı sübut ediblər ki, kivi tromblara qarşı ən yaxşı məhsuldur. Hər gün 2-3 kivi yeyən insanlarda trombositlərin aktivliyi azalır və bu da trombların əmələ gəlməsinin qarşısını alır.

4. Pomidor

Pomidor kversetin maddəsi ilə zəngindir. Kversetin qan elementlərin bir biri ilə yapışmasına  mane olur.

5. Gavalı və albalı. Onlar da kversetinlə zəngindir.

6. Çay

Çayın istehlakı ürək-damar sistemini möhkəmləndirir və trombositlərin aktivliyini artırır.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика