Lotereyada milyonlar uddu və qəfil öldü

İngiltərədə qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı qadın 17 ay bundan öncə lotereyada külli miqdarda pul udub.

Qadın bir müddət əvvəl kəskin ağrılarla xəstəxanaya aparılıb. O, müayinə olunsa da, heç bir xəstəlik aşkarlanmayıb. Həkimlər ağrıların əsəb və stresslə bağlı olduğunu bildiriblər. Amma qadının ağrıları səngiməyib və o, mayın 11-də dünyasını dəyişib.

Qeyd edilir ki, qadın uzun illər taksi sürücüsü işləyib. Daima lotereya oyununda iştirak edən qadın 1,5 il əvvəl 4 milyon funt sterlinq (təxminən 5,2 milyon dollar) udub. Qalib olan kimi qadın işdən çıxıb. O, qazandığı pullar sayəsində son 25 ildə ilk dəfə yeni ili işdə yox, evdə keçirib.

Qadın evini təmir etmək, yeni avtomobil almaq istəyirmiş, hətta toy etməyi də planlayırmış. Amma bütün bunlar ona qismət olmayıb.

Saglamolun.Az





loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...

 


Яндекс.Метрика